Bank Of Baku

Xarkova artilleriya zərbələri endirilməyə başlanıb

Xarkova artilleriya zərbələri endirilməyə başlanıb
# 25 fevral 2022 14:01 (UTC +04:00)

“İndi Rusiya ordusu Xarkov şəhərinə artilleriya zərbələri endirməyə başladı. Biz Azərbaycanın Xarkovdakı konsulluğunun zirzəmisinə, sığınacağa endik”.

Bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S. Adgözəlli deyib ki, Rusiya Ordusu Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən Ukrayna Qvardiyasının hərbi hissəsinə artilleriya zərbələri endirir: “Biz konsulluqda Xarkovdakı tələbələrin evakuasiyası ilə bağlı məsləhətləşmə aparırdıq. Ancaq şəhərə artilleriya zərbələri endirilməyə başladığı üçün sığınacağa düşdük. Hələ ki, sığınacaqda artilleriya zərbələrinin dayanmasını gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR