Bank Of Baku

Xarkovda azərbaycanlı gənc öldürülüb - VİDEO - YENİLƏNİB - FOTO

Xarkovda azərbaycanlı gənc öldürülüb - VİDEO  - YENİLƏNİB  - FOTO
# 27 fevral 2022 20:54 (UTC +04:00)

Ukraynanın Xalq rəssamı Katib Məmmədov bu gün Xarkovda küçədə atışma zamanı qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.

K. Məmmədov APA-ya açıqlamasında bildirib ki, Xarkova qonaq gəlmiş Q. Məmmədov silahsız, mülki şəxs olduğu halda ona atəş açılıb və o, həyatını itirib.

Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q. Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

***

saat 11.07

Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu Qoşqar Məmmədov güllələnib.

Bu barədə APA-ya hazırda Azərbaycanın Xarkovdakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.

S. Adgözəlli deyib ki, K. Məmmədov onunla söhbətdə hazırda atışma olduğu üçün küçədən Q. Məmmədovun meyitini götürmək mümkün olmadığını bildirib.

Hadisə yarım saat əvvəl baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR