Bank Of Baku

“Gürcü arzusu” baş nazir postuna Kvirikaşvilinin namizədliyini irəli sürüb

“Gürcü arzusu” baş nazir postuna Kvirikaşvilinin namizədliyini irəli sürüb
# 25 dekabr 2015 12:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyası baş nazir vəzifəsinə xarici işlər naziri Giorgi Kvirikaşvilinin namizədliyini irəli sürüb.

 

APA-nın xəbərinə görə, bu barədə qərar “Gürcü arzusu” koalisiyasının bu gün keçirilən toplantısında qəbul edilib.

 

Koalisiyanın qərarından sonra prezident Georgi Marqvelaşvili təsdiqlənmək üçün G. Kvirikaşvilinin namizədliyini parlamentə təqdim edib.

 

Qeyd edək ki, 48 yaşlı G. Kvirikaşvili 2015-ci il sentyabrın 1-də xarici işlər naziri təyin edilib. Ondan əvvəl iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR