Bank Of Baku

NATO-nun baş katibi üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb

 NATO-nun baş katibi üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb
# 06 avqust 2014 13:07 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Anders Foq Rasmussen NATO-ya üzv olan ölkələri müdafiə xərclərini artırmağa səsləyib. APA-nın məlumatına görə, bu barədə Rasmussen “Financial Times”da dərc olunan məqaləsində yazıb. O, Rusiyanın təhdidlərindən sonra müttəfiqlərin diqqətli davranmalı olduğunu bildirib: “ABŞ və ayrı-ayrı avropalı müttəfiqlər, o cümlədən Böyük Britaniya öz silahlı qüvvələrinin modernləşməsinə külli miqdarda sərmayə yatırıblar. Digər müttəfiqlər də bu istiqamətdə daha çox iş görməlidir. İqtisadiyyatlarımızın dirçəldiyi zamanda, müdafiə büdcəsini az saxlamaq kimi tendensiyanı dəyişməliyik. Bu, asan olmaya bilər, amma çox vacibdir”.

 

NATO-nun baş katibi xatırladıb ki, son beş ildə üzv ölkələr hərbi xərclərini 20 faiz azaldıblar, Rusiya isə əksinə, hərbi büdcəsini 50 faiz artırıb.

 

A. F. Rasmussen son 5 ildə Polşa, Rumıniya və Baltikyanı ölkələrin müdafiə xərclərini tədricən artırmaq və ordunun səviyyəsini yüksəltmək istiqamətində addımlarını ümidverici hal kimi qiymətləndirib. O əlavə edib ki, sentyabr ayında baş tutacaq sammit üzv ölkələrin müdafiə sənayesinə daha çox sərmayə yatırmağa hazır olduğu nümayiş edilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR