Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər, sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib.
Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.