Bank Of Baku

ABŞ-ın “Jason Dunham” hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ-ın “Jason Dunham” hərbi  gəmisi Qara dənizə daxil olub
# 04 aprel 2015 00:28 (UTC +04:00)

 APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahından bildirilib.  

 

“ABŞ-ın “Jason Dunham” hərbi  gəmisi Bosfor boğazından keçərək Qara dənizə daxil olub”, deyə mənbə agentliyə bildirib.   

 

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının yaydığı məlumatda bildirilib ki, “Jason Dunham” hərbi  gəmisinin Qara dənizə daxil olması ABŞ-ın təhlükəsizlik və döyüş hazırlığının təmin olunması məsələsində müttəfiqləri ilə əməkdaşlığa sadiqliyini nümayiş etdirir, həmçinin bölgədəki NATO-ya üzv olan müttəfiq ölkələrdə sülhün və sabitliyin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilib.   

 

Məlumata görə, gəmi idarə olunan raketlərlə təchiz edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR