Bank Of Baku

ABŞ “İŞİD” və Rusiya təhlükəsi ilə əlaqədar Avropaya hücum təyyarələri göndərib

ABŞ “İŞİD” və Rusiya təhlükəsi ilə əlaqədar Avropaya hücum təyyarələri göndərib
# 23 fevral 2015 11:46 (UTC +04:00)

Bakı – APA. ABŞ Avropadakı 6 aylıq əməliyyat çərçivəsində özünün 12 ədəd “Fairchild-Republic A-10 Thunderbolt II” hücum təyyarəsini Almaniyaya göndərib. APA-nın “International Business Times” nəşrinə (Avstraliya) istinadən verdiyi məlumata görə, bu əməliyyat ABŞ-ın dini radikalizmin artması və Rusiya təcavüzü ilə bağlı artan narahatlığı ilə əlaqədardır.  

 

“A-10 Thunderbolt” təyyarələrinin Avropaya uçuşunda məqsəd Vaşinqtonun NATO üzrə müttəfiqlərinin narahatlığını aradan qaldırmaq və Rusiyaya ABŞ Silahlı Qüvvələrinin yaxınlıqda olmasına dair siqnal göndərməkdir. ABŞ-ın 3-cü Hərbi Hava Qüvvələrinin komandanı, general Derril Robertson bildirib ki, hücum təyyarələrinin Avropaya göndərilməsi havada üstünlüyün yeni nümayişidir və “İŞİD”, Rusiya kimi müasir təhlükələrə qarşı görülən tədbirlər çərçivəsində həyata keçirilib.      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR