Bank Of Baku

Aİ-nin nümayəndəsi: “Bütün üzv dövlətlər Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıdır”

Aİ-nin nümayəndəsi: “Bütün üzv dövlətlər Rusiya əleyhinə sanksiyaların uzadılmasının tərəfdarıdır”
# 16 dekabr 2015 11:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ Avropa İttifaqının bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq”.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək çinli  nümayəndəsi deyib. “Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlara əsasən söyləyirəm”, - deyə o, bildirib.

 

Mənbə əlavə edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır: “Bu isə o deməkdir ki, 28 lider qarşıdakı 6 ay müddətində sanksiyaların uzadılmasını dəstəkləyəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR