Bank Of Baku

Almaniya kəşfiyyatı ölkəyə gəlmiş İŞİD üzvü olduğu ehtimal edilən şəxslərin siyahısını aşkarlayıb

Almaniya kəşfiyyatı ölkəyə gəlmiş İŞİD üzvü olduğu ehtimal edilən şəxslərin siyahısını aşkarlayıb
# 12 iyun 2016 04:21 (UTC +04:00)

Bakı-APA. Almaniyanın kəşfiyyat xidməti 2013-2015-ci illərdə İŞİD-in nəzarətində olan ərazilərə səfər etmiş, sonradan isə səhhətlərindəki problemlərə və ya ailələrinə görə həmin əraziləri tərk etmiş yüzlərlə şəxs barədə məlumatlar müəyyən edib.

 

APA-nın  “Spiegel” jurnalına istinadən verdiyi xəbərə görə, həmin siyahıda İŞİD-in sıralarını  tərk edərək Almaniyaya dönmüş 20-dək ölkə vətəndaşının da adı yer alıb.  Nəşr qeyd edir ki, qeyd olunan şəxslərdən bir neçəsi İŞİD-dən qovulub.

 

Həmin şəxslərdən bir neçəsinin Almaniyaya qayıtma səbəbləri arasında planlaşdırılan hücum və  “gizli missiya”nın da olduğu ehtimal olunur.  

 

Aşkarlanan sənədlərin orijinallığı və mənşəyi müəyyən edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR