Bank Of Baku

Almaniya yerli biznesi Rusiyaya qarşı sanksiyalardan azad etmək üçün ABŞ-a müraciət edəcək

Almaniya yerli biznesi Rusiyaya qarşı sanksiyalardan azad etmək üçün ABŞ-a müraciət edəcək
# 19 aprel 2018 11:16 (UTC +04:00)

Almaniya hökuməti yerli biznesi Rusiya qarşı sanksiyalardan azad etmək üçün ABŞ prezidenti Donald Trampa müraciət etmək niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” xəbər yayıb.

 

Qeyd olunur ki, bu məsələni ölkənin maliyyə naziri Olaf Şolts amerikalı rəsmiləri ilə müzakirə etməyi düşünür. Bununla yanaşı Almaniya kansleri Angela Merkel ilə ABŞ prezidenti Donald Tramp arasında aprelin sonunda keçiriləcək görüşdə də iqtisadi məhdudiyyətlərin müzakirə ediləcəyi gözlənilir.

 

Qəzet yazır ki, məsələ konkret şirkətlər deyil, ümumilikdə Almaniya biznesi ilə bağlıdır. Belə ki, böyük şirkətlərin rəhbərləri məsələ ilə əlaqədar kansler və hökumətə təzyiq göstərirlər.

 

ABŞ-ın sanksiya siyahısında “Siemens”, “Daimler”  və “Volkswagen” kimi şirkətlərin əməkdaşlıq etdiyi Rusiya şirkətləri daxil edilib. Sahibkarlar rusiyalı həmkarları ilə əməkdaşlığa maneələrin törədilməsi nəticəsində yüz milyonlarla avro itirməkdən narahatdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR