Bank Of Baku

Almaniyada neonasistlərin mitinqi iğtişaşlarla nəticələnib, xəsarət alanlar var

Almaniyada neonasistlərin mitinqi iğtişaşlarla nəticələnib, xəsarət alanlar var
# 12 dekabr 2015 23:55 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Leypsiq şəhərində neonasistlərin təşkil etdiyi mitinq iğtişaşlarla və polis əməkdaşlarına hücumlarla nəticələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DPA məlumat yayıb.

 

Polisin məlumatına görə,  neonasistlərin əleyhdarlarının eyni vaxtda və məkanda təşkil etdiyi aksiya toqquşmalara səbəb olub. İğtişaşlar nəticəsində  bir neçə nəfər xəsarət alıb. Polis əməkdaşlarına maskalı şəxslərin hücum etdiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR