Bank Of Baku

Amsterdamdakı atışmanın ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Amsterdamdakı atışmanın ilkin səbəbi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2018 22:11 (UTC +04:00)

Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.

 

APA-nın xəbərinə görə, bu barədə yerli “AT5” telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.

 

Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.

 

Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

 

RTL telekompaniyasının məlumatına görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur. 

 

***

 

23:37

 

Amsterdamda silahlı insident qeydə alınıb.

 

APA-nın xəbərinə görə, bu barədə Niderland polisinin “Twitter” səhifəsində bildirilir.

 

İlkin məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR