AŞPA-nın 2017-ci ildə keçiriləcək ilk sessiyasının ilkin gündəliyi açıqlanıb.
APA-nın məlumatına görə, qış sessiyası yanvarın 23-27-də keçiriləcək.
Sessiya zamanı Avropada jurnalistlərə hücumlar və media azadlığı, onlayn medianın qarşılaşdığı problemlər müzakirə olunacaq. Türkiyədə demokratik institutların fəaliyyəti, Suriya məsələsi və onun ətraf ölkələrə təsiri də müzakirə ediləcək.
Tədbirdə Kipr prezidenti Nikos Anastasiadis, Rumıniya prezidenti Klaus Yohannis, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın çıxışları planlaşdırılır.
Ukrayna, Livan, Avropada təhlükəsizik məsələləri və Qəzzada humanitar böhran da gündəlikdədir.