Bank Of Baku

ATƏT PA-nın növbəti toplantısı Gürcüstanda keçiriləcək

ATƏT PA-nın növbəti toplantısı Gürcüstanda keçiriləcək
# 18 dekabr 2015 12:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ATƏT Parlament Assambleyasının 25-ci iclası 2016-cı ilin 1-5 iyul tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib. O bildirib ki, iclasda 57 ölkənin parlament nümayəndələri və 700 siyasətçi iştirak edəcək.

 

İ. Qaribaşvili qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hökumət və parlament birlikdə effektiv şəkildə çalışacaqlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR