İyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz arasında telefon danışığı zamanı qeyd olunub.
Danışıq zamanı regional və beynəlxalq məsələlərlə yanaşı, görüşə hazırlıq məsələləri də müzakirə edilib.