Bank Of Baku

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
# 18 dekabr 2015 18:27 (UTC +04:00)

Bakı- APA. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin iyuluna qədər uzadılması barədə qərar qəbul edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın maliyyə, enerji və müdafiə sektoruna və ayrı-ayrı məmurlarına qarşı məhdudlaşdırıcı sanksiyalar 2016-cı ilin iyuluna qədər uzadılıb.

 

Qərar dekabrın 21-dən qüvvəyə minir.

 

Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildə Rusiyaya qarşı sanksiyalar tətbiq edib . Buna səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR