Bank Of Baku

Avropadan Ukraynaya qaz ixracına başlanıb

Avropadan Ukraynaya qaz ixracına başlanıb
# 16 avqust 2014 13:54 (UTC +04:00)

Bakı - APA. Bu gün Slovakiyanın Velke-Kapuşan qəsəbəsindəki kompressor stansiyasından rekonstruksiya edilmiş Ujqorod-Voyanı qaz kəməri ilə geri rejimdə Ukraynaya qaz ixracına başlanıb.

 

APA-nın “ukrinform.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın qaz nəqli sisteminin operatoru olan “Eustream” şirkətinin rəsmi təmsilçisi Qabriel Bera açıqlayıb.

 

Test sınağı səhər saat 10:00 radələrində başlayıb.

 

Sınaqlar zamanı qaz kəmərinin buraxılış qabiliyyəti də yoxlanılacaq.

 

Sentyabrın 2-dən Ujqorod-Voyanı qaz kəmərindən kommersiya məqsədləri üçün istifadə başlanacaq.

 

“Eustream” şirkətinin təmsilçisi 2015-ci ilin martında qaz kəməri ilə maksimum qaz ixrac ediləcəyini bildirib. Kəmərin maksimum buraxılış gücü il ərzində 10 milyard kubmetrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR