Bank Of Baku

Berlin polisi: Yük maşınında ölü tapılan şəxs Polşa vətəndaşıdır

Berlin polisi: Yük maşınında ölü tapılan şəxs Polşa vətəndaşıdır
# 20 dekabr 2016 03:02 (UTC +04:00)

Berlin polisi İnsanların üstünə sürülən yük maşınında ölü tapılan kişinin şəxsiyyətini müəyyənləşdirib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, adı açıqlanmayan Polşa vətəndaşıdır.

 

Onun necə və hansı şəraitdə həyatını itirdiyi dəqiqləşdirilmir. Bundan əvvəl yük maşınının Polşa nəqliyyat şirkətlərindən birinə məxsus olduğu bildirilirdi.

 

Qeyd edək ki, ötən axşam Berlində yük maşınının Milad yarmarkasına girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Yük maşınında olan 2 nəfərdən biri  hadisə zamanı ölüb, sürücü isə saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR