Bank Of Baku

Bitlisdə PKK-ya qarşı əməliyyatda 2 türk əsgəri yaralanıb

Bitlisdə PKK-ya qarşı əməliyyatda 2 türk əsgəri yaralanıb
# 19 may 2016 00:22 (UTC +04:00)

Bakı-APA.Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda PKK terrorçularına qarşı keçirilən əməliyyatda 2 əsgər yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular “təslim ol” çağırışına atəşlə cavab veriblər.

 

Yaralanan hərbçilərdən biri helikopterlə Van Hərbi Hospitalına, digəri isə  Tatvan Dövlət Xəstəxanasında çatdırılıblar.

 

Qeyd edək ki, ötən gün Hakkaridə terrorçular tərəfindən yola döşənmiş mina hərbi avtomobilin keçidi zamanı partladılıb. Hadisə nəticəsində 4 əsgər şəhid olub, 9-u yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR