Bank Of Baku

Bolqarıstan prezidenti də qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılmaqdan imtina edib

Bolqarıstan prezidenti də qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılmaqdan imtina edib
# 21 mart 2015 12:56 (UTC +04:00)

Bakı – APA. Bolqarıstan prezidenti Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək yubiley tədbirlərinə qatılmayacaq.

 

APA-nın məlumatına görə, Bolqarıstan liderinin mətbuat xidmətindən bildirilib ki, prezident Rosen Plevneliyev yubiley tədbirlərinə dəvət alıb, lakin onun Moskvaya səfəri planlaşdırılmır.

 

Dəvətin qəbul edilməməsinin səbəbləri barədə açıqlama verilmir.

 

Qeyd edək ki, artıq Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və digər liderlər Moskvada keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcəklərini açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR