Moskva. Fərid Əkbərov - APA."Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsi ilə bağlı baş verən insident cox ciddidir. London bu insidentin detallarını təcili araşdırır".
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
"Rusiya təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında vurulub. Biz hadisənin detallarını təcili araşdırırıq. Məlumdur ki, bu, çox ciddi insidentdir. Hadisə bağlı daha çox məlumat alana qədər şərh vermək düzgün olmaz", - deyə Böyük Britaniya XİN nümayəndəsi qeyd edib.
Qeyd edək ki, bu gün səhər Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulub. Bir pilotun öldüyü, digərinin türkmənlərin əlində olduğu bildirilir.