Bank Of Baku

Britaniyada avtomobil məscid yaxınlığındakı insanların üzərinə sürülüb, 5 nəfər xəsarət alıb

Britaniyada avtomobil məscid yaxınlığındakı insanların üzərinə sürülüb, 5 nəfər xəsarət alıb
# 25 iyun 2017 11:54 (UTC +04:00)

Böyük Britaniyanın Nyukasl şəhərində bir avtomobil sürətlə Qurban bayramı münasibəti ilə məscid yaxınlığında toplaşan insanların üzərinə sürülüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 5 nəfər xəsarət alıb.

 

Böyük Britaniya polisi də hadisə barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu gün yerli vaxtla saat 09.14 radələrində avtomobil bir qrup piyadanın üzərinə hərəkət edib, 5 nəfər xəsarət alıb. Hadisəyə terror aktı versiyası kimi baxılmır. Polis olayla bağlı 42 yaşlı qadını saxlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR