Bank Of Baku

Britaniyada həbsxana üsyanı yatırılıb - YENİLƏNİB

Britaniyada həbsxana üsyanı yatırılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 dekabr 2016 07:28 (UTC +04:00)

Böyük Britaniya dövlət orqanları Kent qraflığında yerləşən həbsxanada məhbuslar tərəfindən ələ keçirilmiş korpusa nəzarəti bərpa  ediblər. 

 

APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, “Swaleside” həbsxanasında 60-a yaxın məhbusun iştirak etdiyi üsyanı yatırmaq üçün “Tornado” xüsusi təyinatlılarını cəlb etmək zərurəti yaranıb. Bütün məhbuslar təslim olub və kameralara qayıdıblar.

 

Əməliyyat nəticəsində heç kim xəsarət almayıb.
 

***

 

Saat 00:59

 

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxanadakı korpuslardan birini ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Şeşi adasındakı  “Swaleside” həbsxanasında baş verib. “Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir.    

 

İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.

 

Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus üsyan qaldırıb. Həbsxanaya tam nəzarət 12 saatdan sonra bərpa edilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR