Bank Of Baku

Brüsseldə Aİ-Türkiyə görüşü ləğv edilib

Brüsseldə Aİ-Türkiyə görüşü ləğv edilib
# 17 fevral 2016 21:41 (UTC +04:00)

Bakı-APA. Ankarada baş vermiş terror aktı ilə əlaqədar Avropa İttifaqı dövlət və hökumət başçılar ilə Türkiyə arasında fevralın 18-ə təyin edilmiş görüş ləğv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Aİ sammiti ərəfəsində baş tutan görüşün gündəliyinə miqrasiya məsələləri və Suriyadakı vəziyyət salınmışdı.

 

“Görüşdə Türkiyəni baş nazir Əhməd Davudoğlu təmsil etməli idi. Lakin Türkiyənin paytaxtında törədilən terror hücumu ilə bağlı baş nazir Brüsselə səfər edə bilməyəcək”, deyə Avropa İttifaqındakı mənbə bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR