Bank Of Baku

Brüsselin mərkəzi vağzalında partlayış törədən şəxs zərərsizləşdirilib

Brüsselin mərkəzi vağzalında partlayış törədən şəxs zərərsizləşdirilib
# 20 iyun 2017 22:58 (UTC +04:00)

Brüsselin mərkəzi vağzalında hərbçilər partlayış törədən şəxsi zərərsizləşdiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumat Belçika prokurorluğu tərəfindən təsdiqlənib.  

 

Partlayıcı qurğunun naməlum şəxsin üzərində olduğu bildirilir. Yerli KİV-lər partlayış törədən şəxsin terrorçu-kamikadze olduğunu iddia edirlər.  Partlayışın kassalardan birinin qarşısında baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan olmayıb. Vağzalda patrul çəkən hərbçilər operativ reaksiya verərək, həmin şəxsi zərərsizləşdiriblər.

 

Xatırladaq ki, 2016-cə ilin martında Brüssel aeroportu iki, metrosunda isə bir partlayış törədilib. Nəticədə 32 nəfər ölüb, 300-dən çox insan yaralanıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR