Bank Of Baku

Çexiya kürd silahlılarına 6 min avtomat və 10 mln patron göndərəcək

Çexiya kürd silahlılarına 6 min avtomat və 10 mln patron göndərəcək
# 13 noyabr 2015 05:04 (UTC +04:00)

Bakı-APA.  Çexiya İŞİD terror qruplaşması ilə mübarizə üçün kürd silahlılarına 6 min avtomat  göndərəcək.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın müdafiə naziri Martin Stropnitski bildirib.

 

Nazir həmçinin gələn həftə kürd silahlılarına 5 min ədəd qumbara və 10 mln patron göndərəcəyini qeyd edib.

 

Kürd silahlı dəstələr üçün nəzərdə tutulmuş yük ABŞ və Britaniya təyyarələri ilə ünvana çatdırılacaq.   

 

Stropnitski silah-sursatın Suriyaya və ya İraqa göndəriləcəyini dəqiqləşdirməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR