Bank Of Baku

Çexiyada atışma nəticəsində biri qadın olmaqla 8 nəfər ölüb

Çexiyada atışma nəticəsində biri qadın olmaqla 8 nəfər ölüb
# 25 fevral 2015 01:42 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ugerskiy Brod şəhərinin yerləşdiyi Zlinski diyarının prokuroru Roman Kafka bildirib.

 

“Kriminal keçmişi olmayan 62 yaşlı silahlı şəxsin “Dostluq” restoranının müştərilərinə hücumu nəticəsində 7 kişi və bir ofisiant qadın həlak olub. Daha bir qadın yaralanıb, o artıq xəstəxanada  əməliyyat olunub. Hücum edən şəxs özünə atəş açaraq intihar edib”, deyə Roman Kafka bildirib.  

 

Qeyd edək ki, yerli Prima telekanalının hadisələr proqramının redaktoru Pavel Lebduşka jurnalistlərə bildirib ki, restorana hücum edən şəxs hadisədən əvvəl redaksiyaya zəng edərək insanlar tərəfindən təqiblərə və təhqirlərə məruz qaldığını bildirib və vəziyyəti öz nəzarətinə götürmək niyyətində olduğunu bildirib. Pavel Lebduşka dərhal  redaksiyaya müraciət edən şəxs barədə polisi məlumatlandırıb.  Restorana hücum edən şəxsin psixi problemləri olduğunu ehtimal edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR