Bank Of Baku

Diyarbəkirdə 6 türk əsgəri şəhid olub

Diyarbəkirdə 6 türk əsgəri şəhid olub
# 18 fevral 2016 10:21 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Diyarbəkir vilayəti ərazisində baş verən partlayış nəticəsində 6 hərbi qulluqçu şəhid olub.

 

APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər baş verib. Hərbçiləri daşıyan zirehli mikroavtobus Diyarbəkir-Lice yolunda hərəkət edərkən terrorçular tərəfindən uzaqdan idarə olunan bomba partladılıb. Nəticədə 6 əsgər həlak olub, 1-i yaralanıb. 

 

Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR