Bakı-APA. Diyarbəkirdə naməlum şəxslər polis məntəqəsinə hücum edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, atəş hərəkətdə olan maşından açılıb.
Yaralı hadisə yerinə gələn təcili yardımla Diyarbakır Hərbi Xəstəxanasına çatdırılıb.
Cinayətkarların tutulması istiqamətində bölgədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.