Bank Of Baku

Dövlət naziri: "Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi rəsmi Moskvadan asılıdır"

Dövlət naziri: "Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi rəsmi Moskvadan asılıdır"
# 18 dekabr 2015 19:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. "Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi məsələsi rəsmi Moskvadan asılıdır".

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze APA-nın suallarını cavablandırarkən bildirib.

 

"Hazırda Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi rəsmi Moskvadan asılıdır. Əgər onlar istəyirlərsə, bu ola bilər”, dövlət naziri bildirib.

 

D. Bakradze Gürcüstan ilə AB arasında viza rejiminin sadələşdirilməsinə da münasibət bildirib: "Avropa Komissiyası Gürcüstan dövlətinin həyata keçirdiyi islahatları bəyənir. Vətəndaşlarımızın biometrik pasportlarının olması viza rejimini həyata keçirmək üçün kifayətdir. Bu viza sisteminin müsbət həllinə kömək edəcək. Gürcüstan hökuməti viza haqqında sənəd qəbul etdikdən sonra onu Avropa Parlamentinə və Avropa Şurasına göndərəcək. Bundan sonra siyasi qərar qəbul ediləcək. Düşünürük ki, bu, 6 ayadək çəkəcək və bütün Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR