Bank Of Baku

Egey dənizində 128 miqrant xilas edilib

Egey dənizində 128 miqrant xilas edilib
# 08 avqust 2017 02:48 (UTC +04:00)

Egey dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 128  miqrant xilas olunub.

 

APA-nın “Ekathimerini” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan sahil mühafizə xidmətinin məlumatında bildirilir.

 

Məlumata əsasən, rezin qayıqlarda üzən miqrantların 54-ü Oynuss, 74-ü isə Xios adası yaxınlığında xilas olunub.

 

Qeyd edək ki, bir ay əvvəl Avropa Komissiyası qeyri-qanuni miqrant axınının öhdəsindən gəlməsi üçün Yunanıstana 200 milyon avro ayırıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 111 min miqrant keçib, 2360 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR