Bank Of Baku

Əhməd Davudoğlu: “Türkiyə İraqın suverenliyinə hörmət edir”

Əhməd Davudoğlu: “Türkiyə İraqın suverenliyinə hörmət edir”
# 30 dekabr 2015 22:31 (UTC +04:00)

Bakı-APA. Türkiyə İraqın suverenliyinə hörmət edir.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

 

Baş nazir həmçinin qeyd edib ki, hazırda terrorçular İraq ərazisinin üçdə bir hissəsini öz nəzarəti altında saxlayırlar. “İraq hökuməti ilk növbədə səylərini İŞİD terror qruplaşması ilə mübarizəyə yönəltməlidir”, deyə Əhməd Davudoğlu bildirib.

 

Xatırladaq ki, İraq hökuməti Türkiyə əsgərlərinin Mosul şəhəri ətrafından çıxarılmasını tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR