Bank Of Baku

Ərdoğan və Binali İldırım arasında görüş olub

Ərdoğan və Binali İldırım arasında görüş olub
# 24 may 2016 03:13 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahında baş tutan görüş yerli vaxtla  saat 01: 25  başlayıb.

 

Bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.
 

Mayın 22-də  AKP-nin fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Prezident Ərdoğan yeni partiya başqanına 65-ci hökuməti qurmaq səlahiyyəti verib.

 

Qeyd edək ki, ötən axşam Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR