Ərdoğanın sözçüsü: “Rusiyadan üzr istəməyəcəyik"

Ərdoğanın sözçüsü: “Rusiyadan üzr istəməyəcəyik"
# 23 iyun 2016 10:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Türkiyənin Rusiyadan üzv istəməsi və ya təzminat ödəməsindən söhbət gedə bilməz”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Habertürk” ə müsahibəsi zamanı deyib.

İ. Kalın bildirib ki, iki ölkə arasında gərginlikdən sıravi insanlar da zərər görür: “Bunun bizim turizm sektorumuza təsiri olub, amma Rusiya tərəfində də problemlər var. Rusiyanın milli günü münasibətilə məktubu isə cənab prezident dövlət ənənəsi olaraq göndərib”.

“Orada, əlbəttə, bir mesaj var. Bu gündən sabaha nəsə dəyişiklik ola biləcəyini demək isə hələlik tezdir, bunun üçün çalışmaq lazımdır. Lakin üzr istəmək və ya təzminat ödəməkdən söhbət gedə bilməz”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR