Bank Of Baku

Ermənilər “Eurovision-2016” müsabiqəsinin final günündə növbəti təxribata əl atıb

Ermənilər “Eurovision-2016” müsabiqəsinin final günündə növbəti  təxribata əl atıb
# 15 may 2016 01:52 (UTC +04:00)

Bakı-APA. Ermənilər  İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin final günündə  növbəti  təxribata əl atıblar. APA-nın “life.ru”-ya istinadən verdiyi xəbərə görə, müsabiqənin final mərhələsi başlamazdan az əvvəl arxasınca qondarma “DQR”-i və Ermənistanın müsabiqədəki təmsilçisi İveta Muçukyanı dəstəkləyən plakat dalğalandıran təyyarə şəhərin üzərində səmada dövr edib.   

 

“Karabach-Iveta”  sözləri yazılan plakat yerdən aydın görünüb.    

 

Qeyd edək ki, təyyarə “Eurovision-2016” müsabiqəsinin keçirildiyi “Qloben Arena”nın üzərində bir müddət dövr edib.  

 

 Xatırladaq ki, bundan əvvəl mayın 10-da Ermənistanın nümayəndə heyəti “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təxribata yol verib. 

 

Müsabiqədə iştirak edən erməni nümayəndə heyəti separatçı “DQR”  bayrağı dalğalandırıblar.

 

O zaman təxribatın qarşısı müsabiqənin təşkilatçıları tərəfindən alınıb və qayda pozuntusuna görə  erməni nümayəndə heyətinə ciddi xəbərdarlıq edilib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR