Bakı-APA. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı Minsk sazişi tam icra olunanadək Rusiyaya qarşı sanksiyaların saxlanılmasını dəstəkləyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin saytənda dərc edilmiş məlumatda bildirilir.
Məlumata görə, Moqerini və Poroşenko Donbasda atəşkəsin pozulması hallarının sayının artması və ATƏT müşahidəçilərinin bir sıra obyektlərə buraxılmamasından narahatlıq ifadə ediblər.