Bank Of Baku

Fransa baş naziri: “Netanyahunun Avropada yaşayan yəhudiləri İsrailə köçməyə çağırmasından təəssüflənirəm”

Fransa baş naziri: “Netanyahunun Avropada yaşayan yəhudiləri İsrailə köçməyə çağırmasından təəssüflənirəm”
# 16 fevral 2015 08:53 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu Fransa baş naziri Manuel Vals bəyan edib.

 

M. Vals bildirib ki, Fransa dövləti yəhudilərin ölkəni tərk etməsini istəmir.

 

“Fransada yaşayan yəhudilərə demək istəyirəm ki, Fransa sizin kimi zərər çəkib və ölkədən getməyinizi istəmir. Mən Netanyahunun dediklərindən təəssüflənirəm. Əgər siz seçkiqabağı kampaniya ilə məşğulsunuzsa, bu o demək deyil ki, istənilən bəyanatları verə bilərsiniz. Fransalı yəhudilərin yeri Fransadadır”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, İsrail hökuməti Fransa, Belçika və Ukraynada yaşayan yəhudilərin İsrailə köçməsini stimullaşdırmaq üçün 46 mln. dollarlıq proqramı təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR