Bank Of Baku

Fransa və Almaniyada 46 nəfər ildırım vurması nəticəsində xəsarət alıblar

Fransa və Almaniyada 46 nəfər ildırım vurması nəticəsində xəsarət alıblar
# 28 may 2016 23:15 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Hopştedten şəhərində uşaqlar arasında matç zamanı ildırımın futbol meydançasına düşməsi nəticəsində 35 nəfər xəsarət alıb.  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, daha 11 nəfər isə ildırımın Parisin Monso parkına düşməsi nəticəsində xəsarət alıb.

 

Şahidlərin sözlərinə görə, Almaniyada ildırım vurması nəticəsində matçın hakimi daxil olmaqla, 3 nəfər ciddi xəsarət alıb. Xəsarət alanlardan 11-i uşaq, ikisi valideyndir.  

 

Parisdəki hadisə nəticəsində isə xəsarət alanlardan üçü komaya düşüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR