Bank Of Baku

Fransada qəzaya uğrayan təyyarənin ikinci “qara qutusu” pilot Andreas Lyubitsın məqsədyönlü addımlar atdığını sübut edir

Fransada qəzaya uğrayan təyyarənin ikinci “qara qutusu” pilot Andreas Lyubitsın məqsədyönlü addımlar atdığını sübut edir
# 03 aprel 2015 12:47 (UTC +04:00)

APA-nın BFMTV-yə istinadən verdiyi xəbərə görə, bu haqda Təyyarə qəzalarının araşdırılması Bürosunun yaydığı hesabatda deyilir.

 

“Qara qutu”dakı informasiya ikinci pilot Andreas Lyubitsın atdığı addımların məqsədyönlü xarakter daşıdığına dair versiyanı təsdiq edir.

 

“Kabinədə olan pilot avtopilot sistemi vasitəsi ilə təyyarənin uçuş hündürlüyünü 30 metrədək azaldır. Bundan sonra avtopilotu elə tənzimləyir ki, təyyarənin enmə sürəti artsın”, - deyə hesabatda vurğulanır.

 

Qeyd edək ki, xilasedicilər təyyarənin ikinci “qara qutusu”nu aprelin 2-də aşkarlayıblar. Həmin “qara qutu” uçuşun texniki parametrlərini qəydə alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR