Bank Of Baku

Gürcü yazıçı Akaki Seretelinin "Başı açıq" romanı türk dilinə tərcümə edilib

Gürcü yazıçı Akaki Seretelinin "Başı açıq" romanı türk dilinə tərcümə edilib
# 23 dekabr 2015 12:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı İlya Çavçavadze adına Gürcüstan Parlament Kitabxanasında XIX əsrin görkəmli gürcü yazıçısı, ictimai xadim Akaki Seretelinin türk dilinə tərcümə edilmiş "Başı açıq" tarixi hekayəsinin  təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabxananın beynəlxalq münasibətlər üzrə koordinatoru Kaki Kençoşvili, Yunus Əmrə adına Tiflis Türk Kültür Mərkəzinin rəhbəri Zəkəriyyə Gültəkin, kitabın tərcüməçiləri olan İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin magistraturasında təhsil alan Gül Mükərrəm Sezgin Öztürk, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin müəllimləri Əsmət Caparidze və Meri Tsiklauri tədbirdə çıxış edərək kitab haqqında danışıblar. Sezgin Öztürk A. Seretelinin əsərinin XVII əsrdə fars və gürcü müharibəsindən bəhs etdiyini bildirib.

 

Romanının nəşrini Türkiyənin Gürcüstandakı səfirliyi həyata keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR