Gürcüstanın Marneuli rayonunda, Azərbaycanla sərhəddə yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsi yaxınlığında çayda kişi meyiti aşkarlanıb.
APA-nın yerli bürosunun Gürcüstanın Fövqəladə halların idarə olunması Xidmətinə istinadən verdiyi xəbərə görə, məlum olub ki, bu, iyunun 25-də Rustavi şəhərində Kür çayında çimərkən itkin düşmüş şəxsin meyitidir.
Xilasetmə işləri 7 gün davam edib.
Kür çayında batmış şəxsin 28 yaşlı Gürcüstan vətəndaşı Laşa Tsabadze olduğu bildirilir.