Bank Of Baku

Gürcüstan baş naziri və Almaniya kansleri arasında telefon danışığı olub

Gürcüstan baş naziri və Almaniya kansleri arasında telefon danışığı olub
# 06 iyun 2016 20:10 (UTC +04:00)

Bakı-APA. Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

APA-nın “Gürcüstan-onlayn” saytına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.

 

“Söhbətin əsas mövzusu Gürcüstanın Avropaya inteqrasiyası olub. Baş nazir bir daha viza rejiminin sadələşdirilməsi prosesinin vaxtında və uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu və digər məsələlər baş nazirin Almaniyaya rəsmi səfəri çərçivəsində müzakirə olunacaq”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR