Bank Of Baku

Gürcüstan prezidenti: “Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”

Gürcüstan prezidenti: “Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”
# 09 may 2016 10:36 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə Opera və Balet Teatrında Avropa Gününə həsr olunmuş tədbirdə Gürcüstanın “Avropa ailəsi” istiqamətində addımladığını bildirib.

 

APA-nın məlumatına görə, G. Marqvelaşvilinin çıxışı rəsmi saytında yerləşdirilib.

 

G. Marqvelaşvili deyib ki, Gürcüstan 25 il əvvəl azad olmaq üçün müstəqillik qazanıb, hələ də bu istiqamətdə addımlayır: “Bizim dəyərlərimiz və Avropa cəmiyyətinin dəyərləri eynidir. Cəmiyyət və ölkənin siyasi rəhbərliyi “Avropa ailəsi” istiqamətində  dəqiq və qətiyyətli addımlar atır. “Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR