Bank Of Baku

Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi”

Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi”
# 27 iyul 2017 16:43 (UTC +04:00)

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə münasibət bildirib.

 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, G. Marqvelaşvili xarici jurnalistlərlə görüşdə deyib ki, Saakaşvili Gürcüstanı tərk etməməli idi.

 

“Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edəndə, mən çox təəssüfləndim. Çünki iki dəfə prezident seçilmiş ölkənin keçmiş birinci şəxsinin Gürcüstan vətəndaşlığı olmalıdır. Baş komandan olmuş şəxs ölkəni tərk etməməli idi”, - deyə prezident vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna prezidenti Petr Poroşenkonun fərmanı ilə M. Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR