APA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində “Sadaxlı” gömrük-keçid məntəqəsində iki Ermənistan vətəndaşı saxlanılıb.
Həmin şəxslərin Gürcüstana keçirməyə cəhd göstərdikləri radioaktiv maddənin həcmi açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.