Bank Of Baku

Gürcüstanda “qanuni oğrular"ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb

Gürcüstanda “qanuni oğrular"ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb
# 29 yanvar 2018 13:00 (UTC +04:00)

Gürcüstanda həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində “qanuni oğrular”ın yer aldığı cinayətkar qruplaşmanın üzvləri saxlanılıb. 

 

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib ki, qruplaşma üzvləri “oğru dünyası” ilə əlaqədə şübhəli bilinirlər. 
 

O bildirib ki, saxlanılan “Çiki”, “Buba” və “Amberquna” ləqəbli kriminal avtoritetlər və daha üç nəfər Türkiyədə olan gürcü “qanuni oğrular”la sövdələşərək, bəzi vətəndaşların pullarını mənimsəyiblər. Həmin şəxslər həmçinin hədə-qorxu və fiziki təzyiq göstərməklə, tanışlarından pul və narkotik vasitələr tələb ediblər. 
 

Həmin şəxslərin evlərində aparılmış axtarış zamanı silah-sursat, onların “oğru dünyası”na aid olduqlarını sübut edən mobil telefonlar və digər məlumat mübadilə vasitələri müsadirə olunub. Cinayətkar qruplaşma üzvlərini 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR