2017-ci ildə Gürcüstanda 37 944 cinayət hadisəsi baş verib.
APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin eyni göstəricisindən 5,4% çoxdur.
Ötən il baş vermiş cinayət hadisələrinin 53,2 %-nin üstü açılıb. Qeydə alınmış cinayət hadisələrinin 64,5 %-i sağlamlığa, əmlaka zərərvurma və narkotiklərlə bağlı olub.