Bank Of Baku

Gürcüstanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub

Gürcüstanın baş naziri ilə İran  prezidenti arasında telefon danışığı olub
# 08 fevral 2016 20:31 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında  telefon danışığı olub.

 

APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, söhbət Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Danışıq zamanı tərəflər cari ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər, turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidvar olduqlarını  bildiriblər.  Gürcüstan tərəfi İranla viza rejiminin ləğvi istiqamətində konkret addımlar atacağını qeyd edib.

 

Giorgi Kvirikaşvili ABŞ və Avropa İttifaqının sanksiyalarının aradan qaldırılması ilə bağlı Həsən Ruhaninı təbrik edib. Tərəflər həmçinin regiondakı hazırkı vəziyyəti müzakirə edərək, beynəlxalq təhlükəsizliyin inkişafının vacib olduğunu qeyd ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR