Bank Of Baku

İstanbul polisi qaçaqmalçılardan Pikassonun əsərini müsadirə edib

İstanbul polisi qaçaqmalçılardan Pikassonun əsərini müsadirə edib
# 30 yanvar 2016 20:53 (UTC +04:00)

Bakı-APA.  İstanbul polisi  məşhur ispan rəssamı Pablo Pikassonun “Saçlarını darayan lüt qadın” əsərini satmağa cəhd edən beynəlxalq cinayətkar qrupunun üzvlərinin saxlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 1940-cı ildə yaradılan rəsm əsəri Nyu-Yorkda yaşayan kolleksiyaçının evindən oğurlanıb. Qaçaqmalçılar əsəri 8 mln. dollara satmaq niyyətində olublar.  

 

Məlumata görə, polis əməkdaşları alıcı qismində cinayətkarlarla təmas quraraq, 1 mln. dollar endirim edilməsinə dair razılığa gəliblər.  Qaçaqmalçılar əsəri alıcı qismində iştirak edən şəxsə   satarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR