Bank Of Baku

İsveçdə miqrantlara qarşı silahlı hücumun qarşısı alınıb

İsveçdə miqrantlara qarşı silahlı hücumun qarşısı alınıb
# 09 fevral 2016 01:34 (UTC +04:00)

Bakı-APA. İsveçdə miqrantlara qarşı silahlı hücum hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, həbslər paytaxt Stokholmdan 50 km cənubda yerləşən Nüneshamn şəhərində həyata keçirilib.

 

Məlumata görə, hüquq-mühafizə orqanlarına hücumun hazırlanması barədə məlumat daxil olub.

 

Bildirilir ki, saxlanılanlar qaçqınların müvəqqəti olaraq məskunlaşdığı kempinqə hücum etməyə planlaşdırıb. Axtarış zamanı şübhəlilərin silah-sursat aşkar edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR